Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində "Ana dilimizi qoruyaq!" və "Vətən bizi çağırır!" mövzularında videogörüş təşkil edilib.
Tədbir məktəb şagirdlərinə doğma dilimizi sevdirmək və vətənpərvərlik hissini gücləndirmək məqsədilə keçirilib.
Oslo Azərbaycan evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirə Azərbaycandan istedadlı yazıçılar Zaur Ustac və Eluca Atalı, bəstəkar Sevinc Tofiqqızı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova və aktyor Rəşad Kəsəmənli qatılıblar.
Tədbirdə çıxış edənlər Azərbaycan dilinin tarixi, Avropada və Azərbaycanda təlim-tədris prosesinin təşkili, vətənpərvərlik, Azərbaycanda çəkilən tamaşalar və s. mövzularda fikirlərini bildirib.
Tədbirin bədii hissəsində S.Tofiqqızı pianoda lirik mahni ifa edib, Rada Nəsibova "Tık-tık" xanım uşaq nağılını səsləndirib, Rəşad Kəsəmənli atası, unudulmaz şair Nüsrət Kəsəmənlinin poeziyasından şeir söyləyib.
Qonaqlarla interaktiv ünsiyyətdə olan şagirdlər şeirlər söyləyiblər, suallara və tapmacalara cavab veriblər. Doğru cavab tapan sagirdlərə kitablar hədiyyə edilib.
Şagirdlər və valideyinlər qonaqlara təşəkkür edərək, bu cür görüşlərin davamlı olmasını arzuladıqlarını bildiriblər.
Tehsil-press.az