Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Dnepr şəhərində yeni yaradılan Azərbaycan həftəsonu məktəbində yaradılan şəraitlə tanış olub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov təşəbbüsü və dəstəyi ilə açılan məktəbdə müxtəlif yaş qruplarında 50-yə yaxın azərbaycanlı təhsil alır.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov bildirib ki, Ukraynada son illər Azərbaycan həftəsonu məktəblərinin sayının artması təqdirəlayiqdir. Bu, Ukraynada yaşayan soydaşlarımızın tariximizi, dilimizi, mədəniyyətimizi mənimsəməsinə mühüm töhfə verir. Artıq Ukraynanın bir çox bölgələrində Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət göstərdiyini qeyd edən V.Süleymanov səfirliyin bu işdə hərtərəfli dəstək olduğunu vurğulayıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov çıxışında soydaşlarımızın hər zaman dövlətin dəstəyini hiss etdiyini və bu faktın onları daha fəal olmağa sövq etdiyini vurğulayıb. “Bizim əsas məqsədimiz Ukraynada yaşayan soydaşlarımızı daha da təhsilli etmək, Vətən sevgisini aşılamaq, dövlətçiliyimizin inkişafı üçün gərəkli kadrları yetişdirməkdir”, - deyə N.Əhmədov əlavə edib.
Tədbirdə çıxış edən professor Süleyman Hüseynov, diaspor fəali Şahlar Mirzəyev, məktəbin müəllimləri Tərifə Cəfərova, Zakiyyə Əhmədova Azərbaycanda milli tərəqqinin yeganə yolunun təhsilin inkişafından keçdiyini bildiriblər. Qeyd ediblər ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb.
Sonda dərs vəsaitləri məktəbə təqdim olunub.
Tehsil-press.az