Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə ölkəmizi şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə videokonfranslar keçirilir.
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq keçirilən videokonfranslarda Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Videokonfranslarda Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu barədə şagirdlərə ətraflı məlumatlar verilir. Bu Qələbənin son illərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi olduğu bildirilir.
Çıxışlar zamanı Prezidentimizin uğurlu diplomatiyası nəticəsində bütün sülhsevər bəşəriyyətin Azərbaycanın apardığı Vətən müharibəsinin ədalətliliyinə inandığı və onu dəstəklədiyi də qeyd olunur.
Videokonfranslarda üçtərəfli bəyanatda bütün işğal olunmuş torpaqlarımızın azad olunması və Dağlıq Qarabağa heç bir statusun nəzərdə tutulmaması barədə fikir mübadiləsi aparılır.
Çıxış edən məktəblilər Vətənə layiqli vətəndaş və əsgər olacaqlarına əminliklərini ifadə edirlər.
Videokonfranslarda İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycanı şanlı Qələbəyə aparan siyasətinin, Qələbə münasibətilə keçirilən hərbi paradın və işğaldan azad edilmiş ərazilərin əks olunduğu videoçarxlar da nümayiş olunur.
Tehsil-press.az