Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi

Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 28 vətəndaşına, o cümlədən keçmiş Dövlət Katibi Maykl Pompeoya qarşı sanksiyalar tətbiq edib.
Müvafiq bəyanat Çin XİN-in saytında yerləşdirilib.
“Çin Çinin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinlə bağlı məsələlərdə atdığı bu cür addımlara görə məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, - bəyanatda deyilir.
Siyahıda, həmçinin Ağ Ev yanında ticarət üzrə milli şuranın rəhbəri vəzifəsini tutan Piter Navarro, sabiq Prezident D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen və ABŞ-ın BMT yanında daimi nümayəndəsi Kelli Kraft yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər