Azərbaycan Kooperasiya Universitetində (AKU) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonra universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək 20 Yanvar faciəsindən danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
AKU-nun kafedra müdiri, professor Vilayət Əliyev, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, tələbə Sədayə Ağalarova azadlıq və müstəqillik yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutulduğunu vurğulayıblar.
AKU-nun Mətbuat Xidməti