“Azercell” Texniki Universitetin tələbələrinə təqaüd verəcək

“Azercell” Texniki Universitetin tələbələrinə təqaüd verəcək “Azercell” şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində iştirak etmiş bir qrup tələbəsinə təqaüd verəcək.
“Azercell” şirkəti tərəfindən universitetin Vətən müharibəsində iştirak etmiş 13 tələbəsi seçilib və onlara təhsillərini bitirənə kimi hər ay 200 manat təqaüd verilməsi ilə bağlı qərar qəbul olunub.

Tehsil-press.az



Oxşar xəbərlər