Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət alıb

Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət alıb Polis şənbə günü Moskvada razılaşdırılmamış aksiyada xəsarət almış 10-dan artıq şəxsin tibbi yardım üçün müraciətləri üzrə yoxlama aparır.
“Xəstəxanalardan polisə 17 yaşdan 55 yaşadək səkkiz kişi və 17 yaşdan 55 yaşadək dörd qadının tibbi yardım üçün müraciət etmələri barədə telefonoqramlar daxil olub”, - agentliyin həmsöhbəti deyib.
Daha bir 17 yaşlı yeniyetmə izdihamda zərər çəkib. Bütün faktlar üzrə yoxlamalar aparılır.
Qeyd edək ki, yanvarın 23-də Moskvada bir müddət əvvəl saxlanılan müxalifətçi Aleksey Navalnya dəstək aksiyası keçirilib. “TASS”ın tibb dairələrindəki mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının 42 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb. Etirazçılar arasında da xəsarət alanlar var.

Tehsil-press.az


Oxşar xəbərlər