UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib

UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva dünyanın 2-ci onlayn platforması olan EC 21 təşkilatına ekspert qismində dəvət edilib.
Cənubi Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (Koreya İnstitute for İnternational Economic Policy) EMERİCs layihəsini təmsil edən EC21 təşkilatı bu ölkədə 1-ci, dünyada isə 2-ci olan B2B onlayn platformasıdır. EC21 əsasən Koreyanın dövlət institutları və 300-dən çox KİV-lə əməkdaşlıq edir. Təşkilatın əsas fəaliyyəti dünyanın iqtisadçı alimlərinin tədqiqat və araşdırmalarıdır. Həmin təşkilata ekspert alimlər beynəlxalq səviyyəli məqalələrinə və apardıqları tədqiqatlara əsasən seçilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər