“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR

“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı əsasında həyata keçirilən “Əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” çərçivəsində ikinci təlimə başlanıb.
Təlimlər Təhsil Nazirliyi tərəfindən təlimçilər üçün təşkil edilmiş təlimlərdə iştirak etmiş və müvafiq sertifikat almış Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimləri, Pedaqogika üzrə fəlsəfə doktorları Lamiə Nağıyeva, Təhminə Nəbiyeva, Göyçək Pirverdiyeva və Bəsirə Abbasova tərəfindən keçirilib.
Təlimlərin Gəncə Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarında dərs deyən müəllimlərinə keçirilməsi planlaşdırılıb. Hər birində 30 nəfər olmaqla iki qrup üzrə keçirilməsi planlaşdırılan təlimlər dörd gün davam edəcək.
Keçirilən təlimlərdə müəllimlər, İnklüziv təhsil nədir?, İnklüziv təhsil sahəsində hüquqi çərçivələr, Əlilliyin sosial modeli, İnklüziv təhsil prosesində müəllim kadrlarının hazırlanması, Uşaq yönümlü pedaqogika, Universal təlim dizaynı, İnklüziv dərs planlaması, Diferensialaşdırma, Yardımçı texnologiya, Əməkdaşlıq – müəllim, valideyn, cəmiyyət və digər tərəfdaşlar, İnkluziv siniflərdə qiymətləndirmə, Uşaq və ailə dəstək planları haqqında biliklərə yiyələnəcəklər.
Təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim ediləcək.

GDU-nun Mətbuat Xidməti


“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR“ƏLİLLİYİ OLAN UŞAQLAR ÜÇÜN KEYFİYYƏTLİ İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR


Oxşar xəbərlər