Avropa İttifaqının dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində İnklüziv Təhsil Mərkəzinin açılışı olub.
Tədbirdə Təhsil Nazirliyinin sifarişi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması” layihəsinin ölkəmizdə milli təhsil modelinin inkişafı, müəllimlərin bilik və bacarıqlarının artırılması, inklüziv cəmiyyətin inkişafında vacib layihələrdən biri olduğu qeyd edilib.
“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev layihə çərçivəsində bu günədək Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki filiallarında inklüziv təhsil mərkəzlərinin yaradıldığını, 650-dən çox ibtidai sinif müəllimi və 250-dən çox universitet müəlliminin beynəlxalq təcrübəyə əsaslanan təlim proqramlarına cəlb edildiyini, inklüziv təhsilə dair dərslik, tədris proqramları və müxtəlif çap materillarının hazırlandığını bildirib.
Ölkəmizdə inklüziv cəmiyyətin inkişafı istiqamətində geniş təbliğat-təşviqat işlərinin aparıldığı, bu istiqamətlərdə işlərin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Kestutis Yankauskas təhsildə xüsusi ehtiyacları olan uşaqlar da daxil olmaqla hamı üçün keyfiyyətli təhsilin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, müəllimlər inklüziv təhsilin tətbiqində mərkəzi rol oynamaqla, məktəb, uşaq və valideyn arasında körpü rolunu həyata keçirir. Onun sözlərinə görə, müəllimlər üzərində bu məsuliyyəti nəzərə alaraq, müəllim bacarıqlarının artırılması və inklüziv təhsili icra edəcək yeni nəsil müəllimlərin yetişdirilməsinə yatırım edilməsi önəmlidir.
Təhsil Nazirliyinin sektor müdiri Orxan Abbasov ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyini və “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın bu sahədə atılmış vacib addımlardan olduğunu vurğulayıb. Sözügedən layihənin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov layihə çərçivəsində yaradılan 6 İnklüziv Təhsil Mərkəzinin müvafiq sahədə pedaqoji kadr hazırlığında əhəmiyyətli rol oynayacağını, layihə bitdikdən sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Layihə rəhbəri Leyla Tağıyeva inklüziv təhsil mərkəzlərinin fəaliyyəti barədə məlumat verərək həmin mərkəzlərin məqsədinin ali və orta təhsil müəssisələrində çalışan müəllimlər arasında vasitəçi olmaqla inklüziv təhsil üzrə bilik və təcrübə mübadiləsinin aparılmasında, müəllimlərin peşəkar inkişafı, inklüziv dəyərlərin yayılmasında vacibliyini bildirib.
Tədbir zamanı www.inkluzivtehsil.az portalının təqdimatı da olub.
Tehsil-press.az