Türkiyə şirkətinə məxsus “Mozart” konteyner gəmisinin Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 15 dənizçisi ilə əlaqə yaradılıb.
Bu barədə “Boden” dənizçilik şirkəti məlumat yayıb. Bildirilib ki, 15 nəfər heyət üzvünün hamısının səhhəti yaxşıdır, xəsarət almayıblar və bir yerdədirlər.
“Hamımıza keçmiş olsun. Gəminin kapitanı və digər şəxslərlə danışaraq bütün dənizçilərin səhhətinin qaydasında olması təsdiqləndi. Mən şəxsən danışmasam da, məsul şəxslər 15 dənizçi ilə təkbətək görüşüb və ailələrinə xəbər verilib”, - deyə “Boden”in baş direktoru Levent Karsan bildirib.
Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırıb.
Tehsil-press.az