Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib Təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Himayəçilər Şurasının üzvləri, universitetin rektoru Elçin Babayev və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə BDU-da 2020-ci il ərzində görülən işlər, universitetin inkişaf strategiyası və digər məsələlər müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər