İngiltərə və Bolqarıstandan quş əti idxalına qadağa qoyuldu

İngiltərə və Bolqarıstandan quş əti idxalına qadağa qoyuldu İngiltərə və Bolqarıstanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
İngiltərənin Şimal-Şərqi İngiltərə (North East England) və Bolqarıstanın Pleven (Pleven) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İngiltərənin Şimal-Şərqi İngiltərə və Bolqarıstanın Pleven inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərə və Bolqarıstandan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Tehsil-press.az

Oxşar xəbərlər