“Avropadan heç bir yerə getmirik” - Lavrov

“Avropadan heç bir yerə getmirik” - Lavrov “Avropadan heç bir yerə getmirik. Avropa ilə Avropa İttifaqı qarışdırılmamalıdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov finlandiyalı həmkarı Pekka Havisto ilə Moskvadakı görüşündə deyib.
“Avropadakı vəziyyətlə az da olsa, maraqlanan hər kəsin bildiyi kimi, Avropa İttifaqı ilə əlaqələrdəki qopma prosesi illərdir davam edir. Aİ əlaqələri sürətlə qoparır. Hər cür gedişata hazır olmalıyıq.
Aİ əlaqələrin yenidən inşa edilməsi və əlaqələri qoparan davranışları tərsinə çevirmənin zərurətinə qərar verərsə, biz də buna hazır olacağıq”, - daha əvvəl də Aİ ilə bağları qopara biləcəklərindən danışan Lavrov qeyd edib.
XİN rəhbəri Rusiya – Aİ münasibətlərinin pis olmasında Brüsseli ittiham edib:
“Avropa ilə Avropa İttifaqını qarışdırmamalıyıq. Avropadan heç yerə getmirik. Avropada bir çox dostumuz, oxşar dünyagörüşə sahib olduğumuz tərəflər var. Onlarla qarşılıqlı olaraq faydalı əlaqələrimizi inkişaf etdirməyi düşünürük”.

Tehsil-press.az



Oxşar xəbərlər