Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” təliminə qəbul elan edir

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” təliminə qəbul elan edir Peşə Təhsili üzrə Dövlət Agentliyi fevralın 17-dən “Əlaqə mərkəzi təmsilçisi” təliminə ərizə qəbulu elan edir.
Təlimə seçilmiş iştirakçılar dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.
Ümumilikdə 50 saat olan interaktiv onlayn və praktiki məşğələlərdən ibarət təlimin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq. Təlimə qoşulmaq istəyənlər fevralın 25-dək müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər