Mədəniyyət və İncəsənət Universiteti tələbəsinin böyük uğuru

Mədəniyyət və İncəsənət Universiteti tələbəsinin böyük uğuru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alan birinci kurs tələbəsi Sadıq Əliverdibəyli “35 awards” tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.
Fotomüsabiqədə S.Əliverdibəyli “Quatantine (COVID-19)” nominasiyası üzrə 120 ölkədən qatılan 3 min 289 iştirakçı arasından fotoqraf olaraq TOP 15-də yer alıb. Eyni zamanda, onun müəllifi olduğu “Yuyunan Bakı” (Washing Baku) fotosu isə müsabiqəyə təqdim edilən 7 min 828 foto içərisindən TOP 19-da yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər