Azərbaycan Türkiyədən yeni raketlər alır

Azərbaycan Türkiyədən yeni raketlər alır “Türkiyənin ilk milli qanadlı raketi olan SOM Azərbaycan Silahlı Qüvvələrinin invertarına girir”.
Bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, SOM TÜBİTAK tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilib:
“TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən inkişaf etdirilən, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycan ordusunun inventarındakı döyüş təyyarələrinə inteqrasiya ediləcək”.
Qeyd edək ki, SOM raketləri 250 kilometr və daha çox mənzilə, yüksək dəqiqliyə malikdir. Bu raketləri əldə etməklə, Hərbi Hava Qüvvələrimiz hərəkət trayektoriyasını genişləndirmiş və dəyərli bir silahı invertarına qatmış olacaq.
Bildirək ki, SOM raketi havadan müdafiə sistemlərinin mənzilinə girmədən hədəflərin yüksək dəqiqliklə vurulmasını təmin edir. Sabit səth hədəfləri və hərəkətdə olan suüstü hədəflərə qarşı təsirli bir şəkildə hücum qabiliyyəti olan uzaqmənzilli, havadan səthə atılan turboraket motorlu qanadlı raket sistemi olaraq xarakterizə edilir.
SOM-A və SOM-B1 raketləri 2011-ci ildən Türkiyə silahlı Qüvvələrinin invertarındadır.

Tehsil-press.az


Oxşar xəbərlər