Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə fevralın 5-dən başlayan növbəti onlayn müsahibələr başa çatıb.
Onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 min 948 namizəd dəvət olunub. “Microsoft Teams” proqramı üzərindən keçirilən müsahibələrdə 2 min 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
Tehsil-press.az