Bu gün ilk çərşənbədir

Bu gün ilk çərşənbədir Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
İnanca əsasən, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
Qeyd edək ki, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si saat 13:37:00-da daxil olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər