Professor İlham Məmmədzadə Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

Professor İlham Məmmədzadə Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin Abilay xan adına Qazax Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin təşkilatçılığı ilə professor Saqadi Bulekbayevin 75 illiyinə həsr edilən “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemlər” adlı onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda iştirak edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iki ölkə arasında elmi əlaqələrin bundan sonra da genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin işinə uğurlar arzulayan İ.Məmmədzadə daha sonra “Qloballaşma şəraitində sosial elmlərin problemləri” mövzusunda məruzəsini təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər