Azərbaycanlı alim beynəlxalq sosial elmlər konfransında çıxış edib

Azərbaycanlı alim beynəlxalq sosial elmlər konfransında çıxış edib Macarıstanın Tomori Pal Universitetinin təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə yeddinci “Atlas” - beynəlxalq sosial elmlər konfransı işinə başlayıb.
Konfransda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, müəssisənin Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və elmi işçisi Elnur Zeynalov iştirak edirlər.
Konfransın açılışında Tomori Pal Universitetindən professor Henrietta Nagy, Ankara Universitetindən Əli Bilgili, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli çıxış ediblər.
Nazim Müzəffərli konfrans iştirakçılarına İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar və layihələr haqqında məlumat verib.
Onlayn tədbirə Macarıstan, Türkiyə, Nigeriya, Hindistan, Cənubi Afrika, Rusiya, Filippin və digər ölkələrin nümayəndələri qatılıblar.
Konfrans sentyabrın 25-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər