ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb.
2 gün davam edən konfransda “Dayanıqlı İnkişaf Məqsədləri IV hədəflərinin təsirli reallığa çevrilməsi”, “Dayanıqlı İnkişaf Məqsədləri və ali təhsilin keyfiyyəti”, “Təhsildə elitizm: üstünlükləri və çatışmazlıqları” və “Təhsildə liderlik - qlobal biliklər” mövzularında bölmə iclaslarında məruzələr dinlənilib və müzakirələr aparılıb.
Xatırladaq ki, konfrans ADA Universiteti, Təhsil Nazirliyi, Dünya Bankı və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans təhsil sahəsindəki problemlərin araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.

ADA-nın Mətbuat Xidməti


Oxşar xəbərlər