Dövlət qulluğuna qəbul imtahanlarında uğur qazananların əksəriyyəti gənclərdir

Dövlət qulluğuna qəbul imtahanlarında uğur qazananların əksəriyyəti gənclərdir Ümumilikdə imtahanlarda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88 faizi, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.
İnzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun vəzifələr üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 19-da keçirilmiş imtahanlarda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlarda əksini tapıb.
Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.
İmtahanlarda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4 faizi yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

Tehsil-press.az



Oxşar xəbərlər