Türkiyədə koronavirusun ştammlarına yoluxma ilə bağlı statistika açıqlanıb.
Bununla bağlı ölkənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında paylaşım edib.
Nazir bildirib ki, ümumilikdə 76 vilayətdə 41 min 488 Britaniya ştammına yoluxma aşkarlanıb:
“Doqquz vilayətdə 61 Cənubi Afrika, bir vilayətdə iki Kaliforniya-Nyu-York və bir Braziliya ştammı təsbit edilib”.
Nazir qeyd edib ki, mutasiyaların yayılma sürəti artıb:
“Bu artım xəstəxanalarda çarpayı yerlərinin dolmasına paralel şəkildə təsir etməsə də, çox yoluxma çox xəstə potensialını artırır”.
F.Kocanın sözlərinə görə, ölkədə indiyədək 10 milyondan çox koronavirus vaksinasiyası həyata keçirilib.
Tehsil-press.az