“Springer Nature” elmi bazası Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda maraqlıdır

“Springer Nature” elmi bazası Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda maraqlıdır “Springer Nature” elmi bazasının əlaqələndiricisi Selin Şencanlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Görüşdə qonağa universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Son dövrlər beynəlxalq elmi jurnallarda UNEC alimlərinin elmi məqalələrinin sayının artdığını bildirən Selin Şencanlı bu universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib. O, “Springer Nature” elm bazasına daxil olan elmi jurnalların və onlardan istifadənin statistikasını açıqlayıb. S.Şencanlı UNEC nümayəndələrini elektron resursların axtarış mexanizmi ilə də tanış edib.
Görüşdə “Springer Nature” ilə UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib, təlimlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər