YAP gənclərinin yeni sədri kimdir?

YAP gənclərinin yeni sədri kimdir? Xəbər verdiyimiz kimi, bu gün YAP Gənclər Birliyinə yeni sədr təyinatı baş tutub. Gənclər Birliyinin üzvü olan Bəxtiyar İslamov yeni sədr seçilib.
Yeni sədr ADA Universitetini bitirib. Budapeşt Korvina Universitetində və Vyana Diplomatik Akademiyasında təhsil alıb.
O, bu təyinata qədər “ASAN Könüllüləri” Təşkilatının sədri olub. B. İslamov eyni zamanda Xarici İşlər Nazirliyində və “ASAN Xidmət”də çalışıb.

Tehsil-press.az


Oxşar xəbərlər