Məktəb direktoru: Azərbaycan dünyanın ən nüfuzlu ölkələri sırasında layiqli yerini tutur

Məktəb direktoru: Azərbaycan dünyanın ən nüfuzlu ölkələri sırasında layiqli yerini tutur Azərbaycan dünyanın ən nüfuzlu ölkələri sırasında layiqli yerini tutur. Ölkəmizin bu uğuru Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsidir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir və bunun nəticəsində Azərbaycan regionda liderliyini qoruyub saxlayır. Ölkəmizin sosial-iqtisadi sahədə dayanıqlı inkişafı bütün istiqamətlərdə güclü dövlət dəstəyinin bariz nümunəsidir. Azərbaycan iqtisadi baxımdan da regionun lider dövlətidir. Prezident yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə bəyan etdi.
Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycanda sarsılmaz xalq-prezident birliyinə səbəb olan əsas amillərdir.
Bu fikirləri Nizami rayonu 12 nömrəli tam orta məktəbin direktoru Rahim Novruzov söyləyib. O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi zamanı dövlətimizin hərbi və siyasi gücünü bütün dünya gördü. Ən mötəbər beynəlxalq təşkilatlar, böyük dövlətlər regionda sabitliyin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün Azərbaycan ilə hesablaşmağın vacibliyini dərk etdilər.
Tarixi qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biridir. Dövlətimizin başçısının çıxışlarında da qeyd etdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Hər kəs bu qətiyyəti görür və yaxşı bilir ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirir, əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır, etibar qazanır, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir.
“Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artmaqdadır. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi bunu bir daha təsdiq edir.
Azərbaycan Prezidenti bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda xalqımızın mənafeyini, milli maraqlarını uğurla müdafiə edir. Ölkə rəhbərinin həyata keçirdiyi islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer alıb”, - deyə Rahim Novruzov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər