Bakı Dövlət Universitetində (BDU) “Güclü Lider - Qüdrətli Azərbaycan!” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Virtual tədbir iştirakçılarını salamlayan universitetin rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib.
Rektor ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıb. E.Babayev ulu öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.
Rektor Vətən müharibəsində qazanılan Zəfərin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu deyib. O, Azərbaycanın möhtəşəm Qələbəni Müzəffər Ali Baş Komandanın müdrik qərarları, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığını vurğulayıb. Rektor bu Qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da vurğulayaraq, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib, xalqımızın qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.
E.Babayev ölkəmizdə gənclərə, onların təhsilinə göstərilən böyük qayğıdan da bəhs edib.
Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov “Beynəlxalq hüquq və Azərbaycanın möhtəşəm Qələbəsi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni bizə ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandanın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Ulu Öndərin “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözlərini xatırladan natiq qeyd edib ki, dövlət başçısının qətiyyətli addımları, xalqa müraciətləri ürəyi Azərbaycanla döyünən hər kəsdə böyük ruh yüksəkliyi yaratdı, hər kəsi səfərbər etdi. O, çıxışında, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və Qələbənin nəticələri barədə geniş məlumat verib.
Sonra Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova “Xalqın yenilməz sərkərdəsi”, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, BDU Himayəçilər Şurasının üzvü Fərid Şəfiyev Azərbaycanın beynəlxalq əlaqələrinin, xarici siyasətinin uğurlarına dair, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Kamilə Əliyeva “Tarixə fateh sərkərdə kimi düşən Prezident”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Fərid Babayev “Azərbaycanın iqtisadi uğurları gələcək qələbələrimizin əsasıdır”, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev “İnformasiya cəbhəsinin komandanı”, Hüquq fakültəsinin magistrantı Əkbər Əliyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tələbə-gənclərin inkişafında rolu” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı, güclü iradəsi və qətiyyəti, qüdrətli və yenilməz Ordumuzun şücaəti, düşmənin belini qıran “dəmir yumruğu”, xalqın Prezidentinə olan dəstəyi, informasiya müharibəsində qazanılan zəfər, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri, işğaldan azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma və quruculuq işləri, uğurla aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.
Dəyirmi masada Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində əldə olunan Qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklər səsləndirilib, ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 350-dən çox iştirakçı qatılıb.
Tehsil-press.az