Azərbaycan Dillər Universitetində bu ali məktəbin Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatı, Beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov ölkə rəhbərinin daxili və xarici siyasətinin Azərbaycanın uğurlu gələcəyinə, inkişafına və rifahına hesablandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini və reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nərmin Qədirova “İlham Əliyev-uğurlu lider, düşünülmüş strategiya” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun qorunması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər. Ölkə rəhbərinin apardığı xarici siyasət kursu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan, Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bu siyasət müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova “İlham Əliyev və Azərbaycan enerji diplomatiyasının yeni inkişaf mərhələsi” mövzusunda məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə ölkənin neft diplomatiyasının imperativi kimi ilkin nəhəng enerji layihələrinin və sonrakı mərhələlərdə alternativ enerji daşıyıcıları marşrutlarının yaradılmasını müəyyənləşdirib. Azərbaycan Respublikası ilə Avropa ölkələri arasında enerji sahəsində işbirliyinin sərhədləri kifayət qədər geniş olmaqla bir çox mühüm sahələri əhatə edir. Bu əməkdaşlıq sahələri içərisində neft sektoru mərkəzi yerdədir. Bunu Azərbaycan dövlətinin enerji diplomatiyasının böyük uğuru kimi dəyərləndirmək olar.
Sonra ADU-nun rektoru, akademik Kamal Abdulla qeyd edib ki, ölkəmizə xarici ölkələrin başçılarının səfərləri daha da genişlənməkdədir. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin qurulması və sənədlərin imzalanması müşahidə edilir. Azərbaycan özünün multikultural dəyərləri ilə dünya ölkələrinə nümunədir. Bu nümunənin müəllifi ümummilli lider Heydər Əliyevdir. Bu gün isə onun layiqli davamçısı İlham Əliyev Azərbaycanı parlaq gələcəyə doğru aparır.
Dəyirmi masa tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

ADU-nun Mətbuat Xidməti