Türkiyə XİN-dən erməni terrorçunun azad olunmasına - Reaksiya

Türkiyə XİN-dən erməni terrorçunun azad olunmasına - Reaksiya “Baş konsul Kamal Arıkanın qatilinin azad edilməsi ilə bağlı Los-Anceles Ali Məhkəməsinin qərarını qınayırıq”.
Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Los-Anceles Ali Məhkəməsi şəhid Baş konsulumuz Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hambiq Sasunyanın azad edilməsini təmin edən qərar qəbul edib. Kaliforniya valisi Qavin Nyusom isə bu qərardan apellyasiya şikayəti verməyəcəyini açıqlayıb.
Türk millətinin vicdanını dərindən yaralayan bu yanaşmanı şiddətlə qınayırıq”, - nazirliyin açıqlamasında deyilir.
Bildirilib ki, bu qərar dünyəvi hüquq prinsipləri və ədalət anlayışı ilə uyğunsuzluk təşkil edir.
Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum edilib, qaçmağa nail olan K.Salibanın isə həmin il Livanda vətəndaş müharibəsində öldüyü iddia olunub.

Tehsil-press.az


Oxşar xəbərlər