ABŞ-ın Maliyyə Nazirliyinin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etməsi qərarına Türkiyə protest verib.
İlk açıqlama xarici işlər naziri Mövlud Çavuşoğlundan gəlib:
“ABŞ-ın ölkəmizlə bağlı sanksiya qərarını şiddətlə qınayırıq. İki nazirimizi hədəf alan qərar nə dövlət ciddiyyəti ilə uzlaşır, nə də hüquqi cəhətdən izah edilir. Hüquq sistemimizə hörmətsizcəsinə müdaxilə məqsədi daşıyan bu qərarın ABŞ-la əlaqələrimizə təhqir olduğunu və iki ölkə arasındakı problemlərin həlli üçün edilən cəhdlərə böyük ziyan vuracağını bildiririk. ABŞ hökumətini bu yanlış qərardan geri addım atmağa çağırırıq. Heç bir məqsədə xidmət etməyən bu davranışın qarşılığı gecikmədən veriləcək”.
Prezident köməkçisi Fuad Oqtay qərarla bağlı “Əsla boyun əyməyəcəyik”, müdafiə naziri Hülusi Akar isə “Qəbul etmirik, qorxmuruq!” sözləri ilə etirazlarını bildiriblər.
Haqqında sanksiya tətbiq edilən ədliyyə naziri Əbdülhəmid Gül isə Tvitter səhifəsində bunları yazıb: “Mənim bu torpaqlarda yaşamaq və bu torpaqlarda ölməkdən savayı xəyalım olmadı. ABŞ və ya Türkiyədən kənarda – heç bir ölkədə nə mülküm var, nə də bir qəpik pulum”.
Tehsil-press.az