Azərbaycanlı elmi işçi Oksford Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsilinə başlayıb

Azərbaycanlı elmi işçi Oksford Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsilinə başlayıb AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi və sabiq magistrantı Gülnar Abdullayeva Böyük Britaniyanın Oksford Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsilinə başlayıb.
Gülnar Abdullayeva 2012-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub, 2016-cı ildə bakalavr pilləsi üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun molekulyar biologiya ixtisası üzrə magistraturasına qəbul olub və 2018-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Bir çox yerli və beynəlxalq konfranslarda uğurla iştirak edib, sertifikat və diplomlarla təltif olunub.
Qeyd edək ki, Gülnar Abdullayeva İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün təqaüd proqramının qalibi kimi Oksford Universitetində onkologiya ixtisası üzrə 4 illik doktorantura təhsili üçün dəvət almışdı.

Tehsil-press.az

Oxşar xəbərlər