AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova “AMEA alimlərinin Avropada postdoktoral elmi tədqiqatlarının tamamlanması” üzrə keçirilən müsabiqənin qalibi olub və Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda 3 ay müddətində tədqiqat işləri aparmaq üçün dəvət alıb.
Samirə Rüstəmova Bonn Universitetində Dr. Ali Ahmed Nazın rəhbərliyi altında buğda genotiplərinin quraqlığa davamlılığa cavabdeh genlərinin ekspressiyasının tənzimlənməsində DREB transkripsiya faktorlarının rolunun öyrənilməsi ilə bağlı araşdırma aparır.

AMEA-nın Mətbuat Xidməti