AMEA–nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil almış Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Molekulyar biologiya, biotexnologiya, biokimya ixtisasları üzrə 4 magistrant – Pərvin Qənbərova, Səmayə Hüseynova, Əfsanə Məmmədova və Fəxriyyə Kazımova dissertasiya işlərini təqdim edib və verilən sualları ətraflı cavablandırıblar.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova magistrantları təbrik edib və onlara elmi-tədqiqat işlərini davam etdirməyi tövsiyə edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı, mərhum akademik Cəlal Əliyevi yada salıb. Bildirib ki, əvvəllər molekulyar biologiya və yaxud biotexnologiya üzrə mütəxəssis yetişdirmək üçün gənclərimiz xarici ölkələrin institutlarına gedirdilər. İndi isə Azərbaycanda belə bir institut mövcuddur. Professor, həmçinin Azərbaycanın kənd təsərrüfatında olan problemlərdən söz açıb və bildirib ki, bu problemlərin həlli üçün gənc mütəxəssislərə ehtiyac var.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Mətbuat Xidməti