Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların onlayn imtahanları davam edir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların onlayn imtahanları davam edir AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.
Molekulyar biologiya ixtisasından proteomiks kursu, biokimya ixtisasından bioenergetika kursu, biotexnologiya ixtisasından tibbi biotexnologiya kursu üzrə “Zoom” platformasında onlayn imtahanlar keçirilib.
İmtahanlarda AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər