Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Rusiyanın Sitologiya və Genetika İnstitutu arasında əlaqələr genişlənir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Rusiyanın Sitologiya və Genetika İnstitutu arasında əlaqələr genişlənir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva Rusiyanın Novosibirsk Dövlət Universitetində keçirilən genom tənzimlənməsinin bioinformatikası və sistem/struktur biologiyasının on birinci beynəlxalq multi-konfransında iştirak edib.
R.Məsməliyeva tədbirdə “Makromolekulyar B kəmiyyətlərinin statistik analizi” mövzusunda poster təqdimat ilə çıxış edib. Onun təqdim etdiyi tədqiqat işi və alınan nəticələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
R.Məsməliyeva, həmçinin konfransın bölmə iclaslarında müxtəlif mövzularda məruzələri dinləyib, Rusiya və dünya alimlərinin əldə etdikləri ən son elmi yeniliklər haqqında məlumat toplayıb.
Səfər zamanı R.Məsməliyeva Rusiya Elmlər Akademiyası Novosibirsk bölməsinin Sitologiya və Genetika İnstitutunun (SGİ) direktoru Aleksey Koçetov və bu elm müəssisəsinin digər əməkdaşları ilə görüşüb.
Görüşdə MBBİ ilə SGİ arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər