DVC sədri YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv seçildi

DVC sədri YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv seçildi "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilib.
Martın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini və gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir.
Gənclər Birliyinin iclasında YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak edib.
İclasda bildirilib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Qərara əsasən, Gənclər Birliyə yeni sədr, 2 sədr müavini və 30 nəfər idarə heyəti üzvü seçilib.
Qeyd edək ki, Ülviyyə Axundova bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında almış və yüksək orta göstərici ilə bitirmişdır. Bir çox dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı, Azərbaycan Yaradıcı Sənaye Forumunun layihə üzrə qalibi, respublika və beynəlxalq səviyyəli debat, natiqlik forumlarının ən yaxşı natiqi, məşqçisi, Milli Debat Proqramının "A" kateqoriyalı (ən yüksək kateqoriya) hakimi olmuşdur. İş fəaliyyətində Cocuq Mərcanlıda təşkil olunan "Qayıdış - yaz məktəbi", "Təhsil Avtobusu" və s. layihələrin meneceri, könüllülük istiqamətində yüzlərlə tədbirdə koordinator kimi fəaliyyət göstərmişdir. Fəalliyyətinə görə müxtəlif qurumlar tərəfindən sertifikat və fəxri fərmanla təltif olunmuşdur. Hazırda "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavinidir.

Tehsil-press.az

Oxşar xəbərlər