Debat oyunlarının qalibləri müəyyən olunub

Debat oyunlarının qalibləri müəyyən olunub Təhsil Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilən "Bakı Məktəblərarası Debat Kuboku: 2016"-nın bağlanış mərasimi olub.
Turnir debat təlim sessiyalarını uğurla tamamlayan Bakı Avropa Liseyi, akademik Zərifə Əliyeva adına lisey, 132-134 nömrəli Təhsil Kompleksi, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri arasında baş tutub.
Debat oyunlarının nəticəsində Bakı Avropa Liseyini təmsil edən “DeBAL” komandası və “Elitar” gimnaziyanı təmsil edən “ElitARqument” komandaları final mərhələsində qarşılaşıb. Hakimlərin qərarı ilə “DeBAL” komandası turnirin qalibi seçilib.
132-134 nömrəli Təhsil Kompleksində keçirilən tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, Milli Debat Proqramının eksperti Rüfət Əliyev və Milli Debat Proqramının meneceri Məhəmməd Səmədov çıxış edib.
"Bakı Məktəblərarası Debat Kuboku: 2016" Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilib. Bu mövsüm ərzində adıçəkilən məktəblərdə Milli Debat Proqramının təqdimatı və debat təlimləri baş tutub.

Debat oyunlarının qalibləri müəyyən olunubDebat oyunlarının qalibləri müəyyən olunub

Tehsil-press.az

Oxşar xəbərlər