Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə pandemiya mövzusunda iyul-avqust aylarını əhatə edən “I Respublika Virtual Debat Çempionatı" keçiriləcək.
Onlayn şəkildə və gənclərdən ibarət komandaların iştirakı ilə baş tutacaq layihə respublikanın müxtəlif bölgələrini təmsil edən yüzlərlə gəncin debat arenasında birləşməsinə, natiqlik bacarıqlarının inkişafına və pandemiya mövzusu ətrafında maraqlı debatların keçirilməsinə şərait yaradacaq.
Onlayn çempionat pandemiya və post-pandemiya dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətlərinin artmasına şərait yaratmaq, gənclər arasında özünü ifadə etmə, dinləmə, əsaslandırma bacarıqlarını inkişaf etdirmək, debat vasitəsilə sağlam rəqabət mühiti yaratmaq və birlik, komanda ruhu formalaşdırmaq məqsədi daşıyır.
Onlayn çempionat çərçivəsində gənclər üçün peşəkar təlimçilərin iştirakı ilə debat və natiqlik təlimləri, eyni zamanda ekspertlər ilə mövzu müzakirələri baş tutacaq. Yekunda isə Respublikanın müxtəlif şəhər və rayonlarından olan gənclərdən ibarət komandaların iştirakı ilə debat turniri keçiriləcək.
I Respublika Virtual Debat Çempionatınnın iştirakçısına çevrilmək, natiqlik, inandırma, araşdırma bacarığınızı inkişaf etdirmək istəyən gənclər www.virtual.debate.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.Qeydiyyat 21 iyul 2020-ci il tarixinədək davam edəcək.
Layihənin tərəfdaşları isə Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.
Tehsil-press.az