Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
Layihə çərçivəsində hazırlanan 26-cı videoçarxda 2 nömrəli Texniki humanitar liseyin psixoloqu Gülər Dilbazova “Uşaqlarda mutizm” mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərə, valideynlərə və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.
Tehsil-press.az