Dekabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın təhsil aldığı fakültədə - AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində olublar və Çingiz Qurbanovun xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan guşənin qarşısına gül qoyublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov Milli Qəhrəman Çingiz Qurbanovun Vətən uğrunda göstərdiyi şücaətdən danışıb. Çingiz Qurbanovun özündən sonra gələnlərə böyük qəhrəmanlıq yolu miras qoyduğunu, bu yolun gənclərin vətənpərvər ruhda yetişməsinə xidmət etdiyini deyən prorektor AzTU-da Vətən uğrunda canını fəda edənlərin xatirəsinin daim uca tutulacağını vurğulayıb.
İ.Xəlilov qeyd edib ki, 2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub. Təqaüd hər imtahan sesiyasında 1 bakalavr, 1 magistr olmaqla universitet üzrə ən yüksək nəticə göstərən 2 tələbəyə veriləcək. Təqaüdün məbləği 150 manatdir.
Tədbirdə digər çıxış edənlər də Çingiz Qurbanovun qəhrəmanlığından danışıb, yüksək hazırlıqlı tələbə olduğunu diqqətə çatdırıblar.
Sonra AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verildiyi Çingiz Qurbanov adına İxtiraçılar klubuna baxış keçirilib. Burada tələbələrin əl işləri və klubun internet saytı ilə tanışlıq olub.
Tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər muzeyində davam etdirilib.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
AzTU-nun Mətbuat Xidməti