Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mart ayının 5-də keçirilən Elmi Şurasının qərarlarına müvafiq olaraq universitetdə müəyyən struktur təkmilləşdirmələri aparılıb. Şuranın qərarlarına əsasən rektor, professor Cəfər Cəfərovun martın 16-da imzaladığı əmrlə ADPU-da mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədi ilə universitetdə yeni “mətbuat katibi” ştatı təsis edilib. ADPU-nun məzunu olan gənc mütəxəssis Cavid Hüseynov universitetin Mətbuat katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsinə təyin edilib. C.Hüseynov buna qədər uzun müddət ərzində könüllü olaraq ADPU SMM komandasını yaradaraq universitetin sosial media hesablarını, ictimaiyyətlə əlaqələri və informasiya yayımı işini idarə edib.
Cavid Niyazi oğlu Hüseynov 1996-cı ildə Gəncə şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirərək 2014-2018-ci illərdə bakalavriat səviyyəsində ADPU-nun “Tarix müəllimliyi”, 2018-2020-ci illərdə isə magistratura səviyyəsində ADPU-nun “Tarixin tədrisi metodikası və metodologiyası” ixtisaslarında təhsil alıb.
Tələbəlik illərindən ictimai sahədə fəaliyyət göstərən C.Hüseynov 2015-2017-ci illərdə ADPU Tələbə Gənclər Təşkilatının (TGT) sədri, 2017-2018-ci illərdə ATGTİ-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru, 2018-2019-cu illərdə ADPU-da ictimai əsaslarla mütəxəssis, 2019-cu ildən universitetin “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi və sosial və humanitar məsələlər üzrə prorektor köməkçisi kimi çalışıb. 2019-2020-ci illərdə ADPU YAP Gənclər Birliyinin sədri olub. ADPU SMM komandasının yaradıcısıdır.
İctimai fəaliyyəti dövründə gənclər və idman naziri Azad Rəhimov tərəfindən “İlin fəal gənci”, “İlin TGT sədri” mükafatlarına, həmçinin ATGTİ sədri, millət vəkili Şahin İsmayılov tərəfindən “Fəxri TGT sədri” adına layiq görülüb. 2018-ci ildə ADPU-nun fəxri məzunu adı və “Fəxri Fərman”la təltif olunaraq ADPU-nun ən gənc fəxri məzunu olub. İctimai sahədə onlarla mükafatlara layiq görülüb. “Bakı 2015 – I Avropa Oyunları”nın təşkili və keçirilməsində iştirak edib.
ADPU-da ictimai sektorda bir sıra ilklərə imza atıb. Ümumilikdə ictimai fəaliyyəti dövründə 800-ə yaxın layihə və tədbirin təşkilatçısı və ya rəhbəri olmuşdur. Bunlardan “Survivor ADPU” və Gələcəyin Qurucaları I” və “Gələcəyin Qurucuları II” düşərgələrini, “ADPU İntellekt”, “Ölkəmizi tanıyaq” layihələrini göstərmək olar.
Tehsil-press.az