Hörmətli media nümayəndələri!
2019-cu il may ayının 23-də “Muxalifet.az” informasiya portalında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Səməndər oğlu Mehdiyevin tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. Məlumatda Ümid Mehdiyevin prorektor vəzifəsindən azad edilməsi guya ADPU daxilində aparılan yoxlamalar nəticəsində maliyyə pozuntusunun aşkar edilməsi ilə əlaqələndirilir. Bununla əlaqədar olaraq bildiririk ki, Ümid Mehdiyev xaricidə təhsil üzrə dövlət proqramı çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın Liverpul Universitetində magistratura təhsili alıb və o öz xahişi ilə universitet rektorunun müşaviri vəzifəsinə təyin edilib. Bunun səbəbi isə Ümid Mehdiyevin öz elmi-pedaqoji fəaliyyətini davam etdirmək istəyi, ADPU-nun 2021-ci ilədək strateji inkişaf planına uyğun olaraq universitetin rəqabətqabiliyyətliliyini artırmaq üzrə nəzərdə tutulan layihələrdə fəal iştirak etmək istəyi olmuşdur.
Bir daha bildirmək istəyirik ki, ali məktəb qaynar həyat yaşayan sosial bir qurumdur və orada insanların vəzifələrini dəyişməsində, bir vəzifədən digərinə keçməsində xüsusi bir məna axtarmaq doğru deyil. Digər tərəfdən, ADPU-da heç bir daxili yoxlama aparılmayıb və bu səbəbdən universitetdə maliyyə pozuntusunun aşkar edilməsi barədə dərc olunan məlumat həqiqəti əks etdirmir. Buna görə də hörmətli media nümayəndələrindən ADPU ilə bağlı belə məlumatların dəqiqləşdirilmədən dərc edilməməsini xahiş edirik.

Mənsur İbrahimov,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri