Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mart ayının 5-də keçirilən Elmi Şurasının qərarlarına uyğun olaraq universitetdə müəyyən struktur təkmilləşdirmələri aparılıb. Rektor, professor Cəfər Cəfərovun martın 16-da imzaladığı əmrlə universitetin “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi və “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin bazasında yeni şöbə - “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb və yeni şöbənin əsasnamə və strukturu təsdiq olunub. Yeni şöbənin yaradılması optimallaşdırma, tələbələrlə iş və ictimaiyyətlə əlaqələrin qurulmasında çevikliyin təmin edilməsi məqsədi daşıyır.
Həmçinin əmrə əsasən yeni şöbədə ADPU-nun 2020-ci il məzunlarından iki nəfər gənc də işə qəbul edilib. Bu ənənə ADPU-da bir neçə ildir davam edir və ali təhsil ocağı son illərdə universitetdən məzun olan onlarla bacarıqlı məzununu işə götürüb. Ümumən ADPU öz məzunlarının işlə təmin olunmasını diqqətdə saxlayır.
Yeni şöbəyə universitetin məzunu Kərimli Turan Abulxalıq oğlu müdir təyin edilib. Məlumat üçün qeyd edək ki, Turan Kərimli 1992-ci ildə Bakıda anadan olub. O, 2012-2016-cı illərdə bakalavriat səviyyəsi üzrə ADPU-nun “Korreksiyaedici təlim”, 2017-2019-cu illərdə isə magistratura səviyyəsində ADPU-nun “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarını bitirib. Təhsil aldığı müddətdə universitetin ictimai-sosial həyatında müstəsna fəaliyyətlər göstərmiş, müxtəlif layihələrin iştirakçısı və rəhbəri olmuşdur. 2013-2015-ci illərdə ADPU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini, 2015-2016-cı illərdə ADPU TGT Nəzarət və Təftiş Komissiyasının sədri olub. 2016-2018-ci illərdə ADPU–da Ümumi işlər üzrə prorektor köməkçisi - əvvəlcə mütəxəssis, sonra baş mütəxəssis, 2018-2019-cu illərdə “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin baş mütəxəssisi, 2019-2021-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrini icra edib.
Həmçinin Turan Kərimli müxtəlif illərdə Cənubi Koreyanın “SK Telecom” şirkəti və Sungshin Universitetinin ölkəmizdə Smart Class layihəsində təlimçi, Bakı-2015, ADB-2015, World Olympic Qualification Event Baku 2016, Iteca Caspian LLC-nin Azərbaycandakı bir çox beynəlxalq tədbir və sərgilərində təşkilat komitəsinin üzvü, Rusiyada keçirilən “Avroasiya Gənclərin beynəlxalq təhsil formu”nun nümayəndəsi kimi fəaliyyət göstərib. O, ADPU-nun məşhur “Gələcəyin Qurucuları” I və II düşərgələrinin təşkilatçılarındandır. Ölkə üzrə müxtəlif intellektual yarışların mükafatçısıdır. Fəaliyyətlərinə görə Gənclər və İdman Nazirliyi (GİN), ATGTİ, ADPU və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub. Rus və ingilis dillərini bilir.
O cümlədən yeni işə götürülən məzunlar - Taleh Əlizamin oğlu Mirzəyev redaktor, Elvin Eldəniz oğlu Vahidov isə mütəxəssis vəzifələrinə təyin ediliblər.
Taleh Mirzəyev 1996-cı ildə Yardımlı rayonunda anadan olub. 2012-2016-cı illərdə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin (BDSİK) “İnformatika müəllimliyi”, 2016-2020-ci illərdə isə ADPU-nun “Coğrafiya müəllimliyi” ixtisaslarını fərqlənmə ilə bitirib.
2013-2015-ci illərdə BDSİK TGT sədri, 2019–2020-ci illərdə ADPU TGT sədr müavini kimi fəaliyyət göstərib. 2020-ci ildən ADPU Təhsil Könüllüləri İctimai Birliyinə (TKİB) rəhbərlik edir. İRƏLİ İB, Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC) kimi təşkilatlarda könüllü fəaliyyətləri olub. Bakı-2015 – I Avropa oyunlarının könüllüsü, müxtəlif illərdə Azərbaycan Gəncləri Forumunun nümayəndəsi, “Mən Azərbaycanlıyam” bilik yarışmasının qalibi, “Türk Dünyası I Gənclər düşərgəsi”nin iştirakçısıdır. ADPU-nun “Gələcəyin Qurucuları II” düşərgəsinin TK-da Press kimi fəaliyyət göstərib. Respublika inşa və esse müsabiqələrinin qalibi olub. İctimai fəaliyyəti müddətdə 40-dan çox tədbir və layihələrin iştirakçısı və qalibi, 7 layihənin rəhbəri və icraçısı, təşkilat komitəsinin üzvü olub. BDSİK, ADPU, Sabunçu rayon Gİİ, İRƏLİ İB, ACC tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.
Kollecdə təhsil aldığı dövrdən mətbuatda publisistik yazılar, şeirlərlə çıxış edir. Universitetdə təhsil aldığı müddətdə 20-dən çox elmi, publisistik məqalələri sayt, qəzet və konfrans materiallarında dərc edilib, könüllü olaraq ictimaiyyətlə əlaqələrində yaxından iştirak edib. Bir neçə kitabın korrektorudur.
Elvin Vahidov 1999-cu ildə Kürdəmir şəhərində anadan olub. Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin məzunudur. 2016-2020-ci illərdə ADPU-nun “Coğrafiya müəllimliyi” ixtisasında təhsil alıb. ADPU TGT-də mətbuat katibi və dizayner kimi fəaliyyət göstərib. ACC-nin üzvü olub.
Təhsil illərində ADPU TGT-nin təşkil etdiyi “Survivor ADPU” və Gələcəyin Qurucaları II” düşərgələrinin TK-larında Press kimi fəalliyyət göstərib. Universitetin ictimai həyatındakı fəaliyyətinə görə rektor tərəfindən “Fəxri Fərman”la təltif edilib, “İlin tələbəsi” seçilib. ACC, ADPU TGT, ADPU tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif edilib.
Elvin Vahidov peşəkar dizayner mütəxəssisdir.
Tehsil-press.az