Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Xərçəng əslində” layihəsinin bağlanış və təltifetmə mərasimi keçirilib. Mərasimdə layihə rəhbəri Nərmin Əhmədli və ADPU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Nurlan Hüseynov iştirak ediblər.
Çıxış edən Nərmin Əhmədli 3 günlük müzakirələrin nəticələrini dəyərləndirib, bu müddət ərzində tələbələrin xəstəlik haqqında ətraflı məlumatlar əldə etmələrindən və apardıqları araşdırmalardan danışaraq layihənin məqsədinə nail ola bildiyini vurğulayıb.
Sonra iştirakçıların təltifetmə mərasimi keçirilib. 25 iştirakçıdan xüsusi fərqlənən 8 nəfərə Fəxri Fərman, digər 17 iştirakçıya isə diplomlar təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi