Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə bağlı bir neçə böyük layihəyə imza atan ADPU SMM komandasının növbəti işi universitetin mətbu orqanı olan "Gənc Müəllim" qəzetinin yenilənmiş versiyasının hazırlanmasıdır. Qəzetin yeni redaksiya heyəti 100 illiyə özəl olaraq "Gənc Müəllim"i yeni üslub, keyfiyyət və dizaynda ictimaiyyətə təqdim edib. Qəzetin yenilənmiş versiyası yeni tərzdə, maraqlı və aktual rublikalar, müsahibə və məqalələrlə, mükəməmməl dizaynda və tam rəngli formatda 500 nüsxədə nəfis çapla nəşr olunaraq universitet daxilində pulsuz yayımı həyata keçiriləcək. Eyni zamanda ADPU-nun elektron resurslarından (www.adpu.edu.az) , həmçinin sosial şəbəkə hesabları üzərindən qəzetin elektron (pdf) versiyası ilə də tanış olmaq mümkündür. (Qəzetin elektron variantı: http://shorturl.at/muxIQ)
Təqdim olunan 2021-ci ilin ilk sayı isə vətənpərvərlik, Vətən Müharibəsi Zəfəri, universitet yenilikləri, metodiki, bədii-publisistik, müsahibə yazıları ilə yanaşı ADPU üçün 2020-ci ilin icmalını əhatə edən 16 səhifəlik həcmdə dərc olunub. O cümlədən bu sayda diqqəti cəlb edən yeniliklərdən "Zəfəri inşa edən MÜƏLLİMLƏRİMİZ - ADPU-nun Şəhidləri", "Məşhur Məzunlarımız", "Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə", "Qarabağ Zəfəri", "İctimai həyat - tələbə təşkilatlarının fəaliyyəti" və s. sərlövhəli səhifələri göstərmək olar.
Qəzetin Müşahidə Şurasının sədri ADPU-nun rektoru, professor Cəfər Cəfərov, üzvləri dosent Eldar Aslanov, professor Asəf Zamanov, professor Fikrət Rzayev və Tural Cəlilovdur.
Yeni redaksiya heyəti aşağıdakı tərkibdədir:
Cavid Hüseynov - redaktor, Taleh Mirzəyev - redaktor, Asim İbrahimov - redaktor, Elvin Vahidov - dizayner.
Qeyd edək ki, həm də fevral ayının 1-də 1958-ci ildən yayımlanan "Gənc Müəllim"in fəaliyyətinin 63-cü ili tamam olur. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzetin keçdiyi zəngin inkişaf yolunda bir çox tanınmış simalar ona redaktorluq etmişlər. Bunlar içərisində müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 1966-1969-cu illərdə qəzetin ilk redaktorlarından olmasını göstərmək olar.
Tehsil-press.az