Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.
Diaspor birliyinin fəal üzvü İnarə Osmanova universitetin humanitar fənlər fakültəsinin türk dili bölməsində Azərbaycan dilini tələbələrə tədris edir. O, dörd ildir ki, bu ali təhsil ocağında ictimai əsaslarda tələbələrə ana dilimizi öyrədir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.
Azərbaycan dili dərslərində 100-ə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı diaspor sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün Qahirədəki diaspora mərkəzində əlavə kurslar təşkil olunacaq.
Qədim tarixə malik olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Tehsil-press.az


Oxşar xəbərlər