“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Suzan El Kallini ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. Seymur Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət daşıdığını bildirərək, bu sahədə göstərdiyi dəstəyə görə Suzan El Kalliniyə təşəkkür edib. Diaspor sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu söyləyib.
Suzan El Kallini Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan dilinin tədrisinə diqqət göstərdiyini deyib, hər bir dilin xalqlar arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını qeyd edib. O, 2018-ci ildə Ədəbiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovu şəxsən dəvət etdiyini xatırladıb.
Görüşün əsas mövzularından biri də Ədəbiyyat fakültəsində Azərbaycan dili şöbəsinin açılması ilə bağlı olub. Bu məsələyə müsbət yanaşan Suzan El Kallini Azərbaycan dili şöbəsinin açılmasının xalqlar arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd edib.
Sonra Ayn Şəms Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında memorandum imzalanması barədə müzakirələr aparılıb və Azərbaycan tərəfindən göndərilən təkliflər yazılı şəkildə təqdim olunub.
Görüşdə iştirak edən dekan müavini professor Tarek M.Muhammad ərəb dilini öyrənmək istəyən azərbaycanlılara dəstək göstərməyə hazır olduğunu söyləyib.
Sonda Suzan El Kallini Ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənən tələbələr üçün diaspor mərkəzində təşkil edilən yüksəksəviyyəli ödənişsiz kurslara görə Seymur Nəsirova təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanın Qahirədə fəaliyyət göstərən diaspor mərkəzində 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili əsas olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur. Onlar arasında Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin tələbələri də var.

Asya Hacızadə