Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizin Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov ilə görüş keçirilib.
Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov Aİİ-nin xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb. C.Məmmədov ötən dövr ərzində Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim və Misir Ərəb Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sabiq müdiri Əhməd Sami Elaydi ilə görüş keçirildiyini qeyd edib.
Rektor Aİİ-nin tələbələrin bilik və bacarıqlarının, dünyagörüşünün, intellektual səviyyəsinin artırılması məqsədi ilə həm ölkə daxilində, həm də xaricində ardıcıl tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb. Bu məqsədlə Misir universitetləri ilə əlaqələrin qurulmasını nəzərdən keçirildiyini bildirib.
Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov İnstituta fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla-Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açan S.Nəsirov Qahirə Universiteti Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilini tədris etdiyini bildirib. Dərslərdə universitet tələbələrinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü, torpaqlarımızın işğalı və Xocalı soyqırımı barədə də məlumatlar verdiyini vurğulayıb.
Daha sonra tədqiqatçı-alim Azərbaycan dili dərslərində yüzə yaxın tələbənin iştirak etdiyini nəzərə çatdırıb. İyirmi ildən artıq müddətdə ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat apardığını qeyd edən Birliyin sədri 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifi olduğunu da vurğulayıb. Həmçinin çoxlu sayda elmi və publisist məqalələrinin ərəb və Azərbaycan dillərində tərcüməsinin dərc olunduğunu söyləyib.
Tədqiqatçı-alim Aİİ-nin tələbələrinin Misir universitetlərində təcrübə qazanaraq, Azərbaycana aid ərəb dilində ədədbiyyatların tədqiqinə cəlb edilməsi imkanlarından danışıb.
S.Nəsirov bildirib ki, diasporanın əsas məqsədlərindən biri Misirdə təhsil alan xarici tələbələr arasında Azərbaycanı təbliğ etməkdir. Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən-günə artmaqdadır.
Görüş zamanı Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi və bir sıra digər məsələlərə toxunulub.
Aİİ-nin Mətbuat Xidməti