Qahirə Universitetində Azərbaycan dilinin yeni tədris ilinə başlanılıb. Azərbaycanın Misirdəki “Vətənpərvər” Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir.
Azərbaycan dilini müxtəlif millətlərdən olan tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Gənclərə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 150-dən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil ediləcəyini söyləyib.
Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.
Tehsil-press.az